Dünya · Trend.az

Süni intellekt heç yaradılmasaydı, daha yaxşı ola bilərdi - Nobel mükafatı laureatı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Süni intellekt heç yaradılmasaydı, daha yaxşı ola bilərdi - Nobel mükafatı laureatı xəbəri üçün şəkil

Bakı. Trend:

Süni intellekt texnologiyasının nəzarətsiz inkişafı bəşəriyyət üçün ciddi təhdidlər yarada bilər.

Bunu Nobel mükafatı laureatı, kompüter alimi Geoffrey Hinton “The Guardian” qəzetinə açıqlamasında bildirib.

O qeyd edib ki, süni intellekt texnologiyası bu ilin sonlarında və ya 2027-ci ildə elektrik sistemlərində genişmiqyaslı fasilələrə, maliyyə sistemlərində isə ciddi problemlərə səbəb ola biləcək böhranına səbəb ola bilər.

Hinton gələcəkdə süni intellektin səbəb ola biləcəyi böhranları “Çernobıl” hadisəsinə bənzədib. O, süni intellektin kütləvi işsizliyə və gəlir bərabərsizliyinin dərinləşməsinə səbəb ola biləcəyini də vurğulayıb.

“Süni intellekt heç yaradılmasaydı, daha yaxşı ola bilərdi”, - deyə o bildirib.

Alim süni intellekt modellərinin bazara çıxarılmadan əvvəl müstəqil qurumlar tərəfindən yoxlanılmalı olduğunu qeyd edərək, beynəlxalq əməkdaşlığa və məcburi tənzimləmələrin tətbiqinə çağırış edib.

Qeyd edək ki, Hinton sentyabr ayında verdiyi açıqlamada süni intellekt üzərində nəzarəti tamamilə itirməzdən əvvəl zəruri təhlükəsizlik tədbirlərini həyata keçirmək üçün bəlkə də cəmi bir il vaxt qaldığını bildirmişdi.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑