Ermənistan İstintaq Komitəsi Güclü Ermənistan Partiyasının lideri, iş adamı Samvel Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” şirkəti ilə bağlı cinayət işi çərçivəsində 36 nəfəri saxlayıb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxslər özəl sektorda vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda əmlak ziyanı vurma, etibar edilmiş əmlakı xüsusilə külli miqdarda mənimsəmə və xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılmasında ittiham olunurlar:
“Cinayət işi çərçivəsində müstəntiqlər 65 mənzildə, eləcə də şirkətlərin fəaliyyət göstərdiyi ünvanlarda axtarış aparılıb. İstintaq tədbirlərinə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin və Dövlət Gəlirləri Komitəsinin əməkdaşları da cəlb olunub”.


