Türkiyə 2026-cı il üzrə Avropa Komissiyasının hesabatında ölkədəki siyasi vəziyyət, məhkəmə sistemi və əsas hüquqların qorunması ilə bağlı irəli sürülən ittihamları rədd edib.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Bəyanatda hesabatın qərəzli və ədalətsiz olduğu vurğulanıb, siyasi meyarlar, məhkəmə sistemi və əsas hüquqlarla bağlı iddiaların əsassız olduğu qeyd edilib.
Türkiyə XİN Avropa İttifaqını Yunanıstan və Kipr yunan tərəfinin mövqelərini dəstəkləməkdə, ikili standartlar nümayiş etdirməkdə ittiham edib. Ankara həmçinin Avropa Komissiyasının Şərqi Aralıq dənizi və Türkiyə-Liviya anlaşması ilə bağlı qiymətləndirmələrini tənqid edib.
Bununla yanaşı, nazirlik hesabatda Türkiyənin iqtisadi və pul-kredit siyasəti, bazar iqtisadiyyatının inkişafı, təchizat zəncirlərinin dayanıqlığı və müdafiə sahəsindəki roluna verilən müsbət qiyməti alqışlayıb.


