Dünya · Yeni Sabah

“ABŞ-nin İrana qarşı siyasəti dəyişməyəcək” - Xamenei

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“ABŞ-nin İrana qarşı siyasəti dəyişməyəcək” - Xamenei xəbəri üçün şəkil

"ABŞ-də keçirilən aralıq seçki rəsmi Vaşinqtonun Tehrana qarşı siyasi kursunda heç bir dəyişikliyə səbəb olmayacaq".

"Yeni Sabah" xəbər verir ki, bunu İranın ali lideri Müctəba Xamenei bəyan edib.

Məlumata görə, o, ABŞ-ni İslam Respublikasına qarşı mümkün yeni hərbi hücum cəhdinə daha genişmiqyaslı cavab veriləcəyi barədə də xəbərdar edib. Dördpendirli pizza

Xameneinin fikrincə, ABŞ-də siyasi qüvvələrin dəyişməsi və ya İranın güzəştlərə getməsi hesabına iki ölkə arasında münasibətlərin yaxşılaşacağına ümid bəsləmək yanlış yanaşmadır. O bildirib ki, Vaşinqtonun İrana qarşı mövcud siyasəti ABŞ-də hansı siyasi partiyanın hakimiyyətdə olmasından asılı olmayaraq dəyişməyəcək.

Məlumata əsasən, İranın ali lideri Hörmüz boğazı ətrafında yaranmış vəziyyətə də toxunub. Onun sözlərinə görə, son hadisələr ABŞ Silahlı Qüvvələrinin məğlubedilməz olmadığını, həmçinin xarici hərbi dəstəyə arxalanan ölkələrin daim həssas vəziyyətdə qaldığını nümayiş etdirib./Oxu.az


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑