Dünya · Anews.az

Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək xəbəri üçün şəkil

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıda yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək.Bunu Marqus Tsahkna bildirib.

"Tərəfdaşlığımızın möhkəmlənməsinin daha bir göstəricisi bu ayın sonunda Bakıda Estoniyanın yeni səfirliyinin rəsmi açılışının keçirilməsidir. Açılış mərasimində iştirak etmək mənim üçün şərəfdir", - XİN rəhbəri vurğulayıb.

O, Azərbaycanın Estoniyanın Cənubi Qafqazda mühüm tərəfdaşı olduğunu da qeyd edib.

"Son illərdə əlaqələrimiz xeyli möhkəmlənib və biz rəqəmsallaşma, ticarət, yaşıl texnologiyalar və logistika sahələrində əməkdaşlığı ardıcıl olaraq genişləndiririk", - Tsahkna bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑