Dünya · Axar.az

Ərəb cəmiyyətinə hörmətlə yanaşıram - Hersoq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ərəb cəmiyyətinə hörmətlə yanaşıram - Hersoq xəbəri üçün şəkil

İsraildəki ərəb cəmiyyətinə böyük hörmətlə yanaşıram. Onların həyatın bütün sahələrində dövlətə verdiyi töhfəni və cəmiyyətə inteqrasiya olmaq istəyini yüksək qiymətləndirirəm.

Axar.az xəbər verir ki, bunu İsrail Prezidenti İshaq Hersoq deyib.

“Son vaxtlar səsləndirilən kobud və irqçi ifadələri pisləyirəm. İsraildə heç bir icmaya qarşı bu cür davranışa yer yoxdur”, - o bildirib.

Qeyd edək ki, İsraildə 27 oktyabrda baş tutan seçkilərdə heç bir blok hökumət qurmaq üçün lazım olan qədər (120 yerlik Knessetdə ən azı 61 yer) mandat qazanmayıb. Belə ki, Netanyahu Bloku 53, Ayzenkot Bloku isə 48 mandat əldə edib. Ərəb partiyaları isə 19 mandata sahib olub. Buna görə də hökumət qurmaq üçün ərəb partiyaları ilə əməkdaşlıq gündəmə gəlib.

İsrailin Baş naziri Benyamin Netanyahu isə “Antisionist ərəb partiyalarına əsaslanan hökumət qurmamalıyıq” sözlərini işlədib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑