Dünya · Konkret.az

Bakı su satış aparatlarındakı pullar oğurlandı | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakı su satış aparatlarındakı pullar oğurlandı | KONKRET xəbəri üçün şəkil

Bakının Nəsimi, Nərimanov, Yasamal və Binəqədi rayonlarında şirkətlərdən birinə məxsus, müxtəlif ünvanlarda quraşdırılmış su satışı aparatlarının sındırılması və içərisindəki pul vəsaitlərinin oğurlanması barədə polisə məlumatlar daxil olub.

DİN mətbuat xidmətindən KONKRET.az-a verilən xəbərə görə, müraciətlərdə aparatların pul qəbuledici hissələrinin zədələnməsi nəticəsində şirkətə əlavə maddi ziyan vurulduğu da bildirilib.

Nəsimi rayonunda polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində su satışı aparatlarını sındıraraq içərisindəki pul vəsaitlərini oğurlayan Xəyal Sultanzadə, əvvəllər məhkum olunmuş Ümid Tağıyev və Zöhrab Şamilzadə müəyyən edilərək saxlanılıblar.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑