...Ukrayna Avropa anti-balistik sistemi Freyja üzərində iş mərhələsini başa vurub və on tərəfdaş ölkənin öz komponentlərinin inkişafını başa çatdırmasını gözləyir. Bundan sonra layihə praktik sınaqlara keçməlidir.
Layihənin Ukrayna hissəsinin başa çatması barədə, Ukrayna prezidenti Vladimir Zelenski məlumat verib. O, tərəfdaşları mümkün qədər tez birgə layihənin sınaqlarına başlamaq üçün işi sürətləndirməyə çağırdı.
SİA xəbər verir ki, Fire Point şirkətinin məlumatına görə, Freyja ballistik raketləri ələ keçirmək üçün Amerika Patriot sistemlərinə daha əlverişli alternativ kimi hazırlanır.
Layihə hər biri hava hücumundan müdafiə sisteminin ayrı-ayrı komponentlərinə cavabdeh olan on ölkənin texnoloji imkanlarının birləşdirilməsini nəzərdə tutur.
Proqramın həyata keçirilməsi Avropa dövlətlərinə Amerika tərəfdaşlarından asılı olmadan öz hava məkanının qorunması sistemini yaratmağa imkan verəcəyi gözlənilir.
Əli Babayev


