Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların noyabrın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilkin olaraq planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk məlumat yayıb.
Tuskun sözlərinə görə, Finlandiya Prezidenti Aleksandr Stubb Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra tərəflərin əvvəlki mövqelərində qaldığını bildirib.
Bununla belə, Avropa iştirakçıları danışıqların perspektivləri ilə bağlı “olduqca ehtiyatlı nikbinlik” nümayiş etdiriblər.
Polşa hökumətinin başçısı vurğulayıb ki, Moskva ilə birbaşa təmasların bərpasına baxmayaraq, Avropa Ukraynaya dəstəyini davam etdirəcək.
Bizim.Media


