Yunanıstanda güclü yağış və fırtına təhlükəsi ilə əlaqədar 9 bölgədə qırmızı həyəcan siqnalı elan edilib.
News24.az xəbər verir ki, ölkənin Mülki Müdafiə Baş Katibliyinin məlumatına görə, xəbərdarlıq Eviya, Frigiya, Beotiya, Sporades adaları, Maqneziya, Larissa, Attika, Dodekan adaları və Şimali Egey bölgəsini əhatə edir.
Xüsusilə ölkənin şərqində güclü yağış, ildırım və dolu gözlənilir. Əlverişsiz hava şəraitinin oktyabrın 28-dək davam edəcəyi bildirilir.
Daşqın təhlükəsinə görə yanğınsöndürənlər, polis, sahil mühafizəsi və silahlı qüvvələr hazırlıq vəziyyətinə gətirilib.
Vətəndaşlara zərurət olmadıqda səfərlərdən çəkinmək və su basmış ərazilərə yaxınlaşmamaq tövsiyə olunub.


