Dünya · Konkret.az

ABŞ və İsraildən İrana qarşı genişmiqyaslı zərbə planı - Nə baş verir? | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ və İsraildən İrana qarşı genişmiqyaslı zərbə planı - Nə baş verir? | KONKRET xəbəri üçün şəkil

ABŞ və İsrailin İranın rəhbərliyinə, nüvə və energetika obyektlərinə, eləcə də kritik infrastrukturuna qarşı bir həftəlik genişmiqyaslı zərbələr endirməyi planlaşdırdığı iddia olunur.

KONKRET.az xəbər verir ki, bu barədə “Axios” nəşri amerikalı və israilli rəsmilərə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, əməliyyatın noyabrın 3-də ABŞ-da keçiriləcək aralıq seçkilərindən sonra başlaya biləcəyi ehtimal edilir.

Məlumata görə, əməliyyatın koordinasiyası oktyabrın 26-da İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir və ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuper arasında müzakirə olunub.

Bununla yanaşı, Qətər, Pakistan, Səudiyyə Ərəbistanı, Misir və Türkiyənin iştirakı ilə Vaşinqtonla Tehran arasında danışıqların bərpasına çalışılır. ABŞ İranın zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməsini tələb edir. Tehran isə dəniz blokadasının aradan qaldırılmasını və dondurulmuş aktivlərinin azad edilməsini istəyir.

“Axios”un məlumatına görə, vasitəçilər İrana Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişlərinin zərbələr nəticəsində zədələnmiş nüvə obyektlərinə baxış keçirməsinə icazə verməyi təklif ediblər. Bunun müqabilində neft ixracına tətbiq edilən sanksiyaların yumşaldılması və dondurulmuş vəsaitlərin bir hissəsindən istifadə imkanının yaradılması nəzərdə tutulur.

ABŞ Prezidenti Donald Tramp danışıqların nəticə verib-verməyəcəyinin hələ məlum olmadığını bildirib. O, problemin ya saziş yolu ilə, ya da başqa vasitələrlə həll edilməli olduğunu vurğulayıb.

İranın xarici işlər naziri Abbas Əraqçi isə oktyabrın 28-də ölkənin silahlı qüvvələrinin müdafiəyə tam hazır olduğunu, bununla belə, diplomatiya üçün imkan saxlanıldığını bəyan edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑