Dünya · Yeni Çağ

“Sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasındakı ərazi iddiaları ləğv edilməlidir” – ŞƏRH - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasındakı ərazi iddiaları ləğv edilməlidir” – ŞƏRH - Yeni Çağ xəbəri üçün şəkil
“Prosesi uzatmaq Ermənistana heç nə qazandırmayacaq” Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Telman Nüsrətli bildirib. media-whatsapp-image-2026-10-29-at-13-03-14 T.Nüsrətli Ermənistanda konstitusiya dəyişikliyi məsələsinin gündəmə gəlməsini və Paşinyanın bu məsələdə daha çox vaxt udmağa çalışmasını şərh edib: “Ermənistanın Azərbaycan və Türkiyə ilə normallaşmanı yekunlaşdırması üçün sülh sazişi imzalanmalıdır. Bunun üçün də bu iki dövlətə qarşı ərazi iddiaları, qonşuluq münasibətlərinin ruhuna uyğun olmayan müddəalar Ermənistan konstitusiyasından mütləq çıxarılmalıdır. Ermənistanın özü üçün də bu proses qaçınılmazdır. Yeni dövrün, yeni siyasətin öz paradiqmaları konstitusiyada da öz əksini tapmalıdır. Ermənistanın daxili siyasət baxımından da müəyyən vacib istiqamətlər konstitusiyada nəzərdə tutulur. Bu konstitusiya dəyişikliyi Ermənistan üçün qaçınılmazdır. Bunu uzatmaq Ermənistana heç nə qazandırmayacaq. Zəngəzur dəhlizi də vacib məsələlərdən biridir. Orta dəhlizdə nəzərdə tutulan, Zəngəzurdan keçəcək strateji layihələr var ki, bunların icra olunması üçün Ermənistanın dəyişikliklər etməsi çox vacibdir”. Nurlan Cəfəri
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑