Dünya · Publika.az

Bu ölkə İngiltərədən tələb etdi: Qızıllarımızı qaytarın

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu ölkə İngiltərədən tələb etdi: Qızıllarımızı qaytarın xəbəri üçün şəkil

Venesuela prezidenti Delsi Rodriges İngiltərə Bankından ölkənin Böyük Britaniyada qalan qızıl ehtiyatlarını dərhal geri qaytarmağı tələb edib.

Publika.az xəbər verir ki, bu barədə “Venezolana de Television” telekanalı məlumat verib.

"İngiltərə Bankından qızıllarımızı geri qaytarmağı tələb etməkdən çəkinməyəcəyəm. Bəhanələr kifayətdir. Bu qızıl İngiltərə Bankına yox, venesuelalılara məxsusdur. Sərvətlərimizi oğurlamağı dayandırın", - deyə Rodriges bildirib.

Rodriges Xarici İşlər Nazirliyinə və Baş Prokurorluğa qızıl külçələrinin geri qaytarılması üçün diplomatik və hüquqi prosesləri gücləndirməyi tapşırıb.

O bildirib ki, əvvəllər 2015-ci il müxalifət Milli Assambleyasının nümayəndələri ilə ehtiyatların ölkəyə qaytarılmasını tələb edən razılaşma əldə edilib.

Müəllif: Tural

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑