İdman · İdman.biz

“Vikinq” - “Sabah” matçına böyük maraq - bütün biletlər satılıb, xüsusi şou hazırlanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Vikinq” - “Sabah” matçına böyük maraq - bütün biletlər satılıb, xüsusi şou hazırlanıb xəbəri üçün şəkil

UEFA Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda keçiriləcək “Vikinq” - “Sabah” qarşılaşmasına bütün biletlər satılıb. Stavanger şəhərindəki “Lyse Arena”da tribunaların tam dolacağı gözlənilir.

İdman.Biz xəbər verir ki, bu barədə Norveç klubu məlumat yayıb. “Vikinq” matçdan əvvəl azarkeşlər üçün xüsusi açılış şousu təşkil edəcəyini açıqlayıb.

Stadionun qapıları oyunun başlanmasına iki saat qalmış açılacaq. UEFA Çempionlar Liqasının rəsmi proqramı isə start fitindən 30 dəqiqə əvvəl başlayacaq.

Biletlərin qiymətinə gəlincə, üçüncü tərəf mənbələrdə təqdim olunan təxmini göstəricilərə əsasən, yerli azarkeşlər üçün adi yerlərin qiyməti kateqoriyadan asılı olaraq 40-140 avro (təxminən 76-267 manat), VIP biletlərin qiyməti isə 250-450 avro (təxminən 477-859 manat) arasında göstərilir. Lakin bu məbləğlər “Vikinq” klubu tərəfindən rəsmi təsdiqlənməyib.

Azərbaycanlı azarkeşlər üçün isə xüsusi endirim nəzərdə tutulub. “Sabah”ın qonaq sektoruna promokodla biletlər 249 Norveç kronuna (təxminən 46 manat) təklif olunub.

Bakı klubunun mətbuat katibi Elnur Həmidovun daha əvvəl verdiyi məlumata əsasən, təxminən 220 azərbaycanlı azarkeşin komandaya dəstək verməsi gözlənilir.

Qeyd edək ki, “Vikinq” - “Sabah” görüşü bu gün 23:55-də başlayacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑