İdman · İdman.biz

“Qızıl top” qalmaqalına Fransa polisi də qoşuldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Qızıl top” qalmaqalına Fransa polisi də qoşuldu xəbəri üçün şəkil

“Qızıl top” mükafatının nəticələri ətrafında yaranan mərc qalmaqalı ilə bağlı yeni məlumatlar üzə çıxıb. Fransa polisi səsvermənin yekunlarının əvvəlcədən sızdırılması və məxfi məlumatlardan istifadə edilməsi ehtimalını araşdırır.

İdman.Biz “The Athletic”ə istinadən xəbər verir ki, Fransa hüquq-mühafizə orqanlarındakı mənbələr “Polymarket” platformasında qeydə alınan şübhəli mərc fəaliyyətinin araşdırıldığını təsdiqləyiblər.

Söhbət kişi futbolçular arasında “Qızıl top” səsverməsinin ilk beşliyini düzgün müəyyənləşdirən 12 hesabdan gedir. Həmin hesablardan ümumilikdə 250 min avro (477 min 425 manat) mərc edilib və təxminən 200 min avro (381 min 940 manat) qazanc əldə olunub.

Polis mənbələrindən birinin sözlərinə görə, hesab sahiblərinin mərc bazarındakı davranışı onların nəticələr barədə əvvəlcədən məlumatlı ola biləcəklərinə dair şübhələri gücləndirib.

Mükafatın təşkilatçısı “France Football” şübhəli mərclərlə bağlı nəticələr rəsmən təsdiqlənməmişdən əvvəl xəbərdar edilib. Qurum sonradan daxili araşdırmaya başlayıb və Fransanın mərc oyunlarına nəzarət edən polis xidməti ilə əlaqə saxlayıb.

“France Football”un nümayəndəsi mükafatın qalibinin müstəqil səsvermə ilə müəyyənləşdirildiyini vurğulayıb. O, mümkün məlumat sızması və qanunsuz mərclərlə bağlı iddiaların ciddi araşdırıldığını, hüquq-mühafizə orqanlarına rəsmi şikayət təqdim edilməsi prosesinin davam etdiyini açıqlayıb.

Xatırladaq ki, bu il “Qızıl top”u Harri Keyn qazanıb. Sonrakı yerləri Kilian Mbappe, Lamin Yamal, Rodri və Lionel Messi tutublar.

Hələlik səsvermə nəticələrinin həqiqətən sızdırıldığı və ya mərc edən şəxslərin məxfi məlumatlardan istifadə etdiyi sübuta yetirilməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑