İdman · Futbolpress.az

“Qızıl top” barədə qalmaqal yarandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Qızıl top” barədə qalmaqal yarandı xəbəri üçün şəkil

Fransa polisi ötən ay təqdim olunan “Qızıl top” mükafatının nəticələri üzrə şübhəli mərc əməliyyatları və insayder məlumatlarının sızdırılması iddiaları ilə bağlı genişmiqyaslı araşdırmaya başlayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. Hüquq-mühafizə orqanlarının diqqətini “Polymarket” platformasında 12 fərqli hesab üzərindən edilən mərclər çəkib. Həmin hesablar kişilər arasında ilk 5 pillənin dəqiq sıralamasını (Harri Keyn, Kilian Mbappe, Lamine Yamal, Rodri və Lionel Messi – red.) ardıcıllığını tam dəqiqliklə proqnozlaşdırıb. Ümumilikdə 250 min avro məbləğində qoyulan mərclər nəticəsində təxminən 200 min avro gəlir əldə edilib.

Təşkilatçı “France Football” nəşri qalib rəsmən elan olunmazdan əvvəl mərc şübhələri barədə xəbərdar edilib. Mükafatın təqdimatından sonra qurum daxili təhqiqata başlamaqla yanaşı, qumar və mərc oyunlarına nəzarət edən xüsusi polis departamentinə müraciət edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑