UEFA Çempionlar Liqasının ümumi mərhələsinin IV turunda "Liverpul" səfərdə "Fənərbağça"ya 3:2 hesabı ilə məğlub olub.
AZXEBER.COM xəbər verir ki, qarşılaşmada hesabı 25-ci dəqiqədə İngiltərə təmsilçisinin 19 yaşlı yarımmüdafiəçisi Trey Nyoni açıb. Lakin meydan sahibləri cəmi dörd dəqiqə sonra "Mançester Yunayted"in sabiq hücumçusu Meyson Qrinvudun qolu ilə hesabı bərabərləşdiriblər.
69-cu dəqiqədə Aleksander İsak yenidən "Liverpul"u önə keçirib. Ancaq 73-cü dəqiqədə Arçi Braun hesabı bərabərləşdirib.
Matçın 79-cu dəqiqəsində Vedat Muriqinin vurduğu qol Türkiyə klubuna qələbə qazandırıb. Beləliklə, "Fənərbağça" doğma meydanda İngiltərə təmsilçisini 3:2 hesabı ilə məğlub edib.
Bu nəticədən sonra "Fənərbağça"nın hesabında 5, "Liverpul"un isə 9 xal var.






