İdman · İdman.biz

“Sabah”ı Norveçdə sərin hava və süni örtüklü meydança gözləyir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Sabah”ı Norveçdə sərin hava və süni örtüklü meydança gözləyir xəbəri üçün şəkil

UEFA Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda “Vikinq”in qonağı olacaq “Sabah”ı Norveçin Stavanger şəhərində sərin hava şəraiti gözləyir.

İdman.Biz xəbər verir ki, noyabrın 4-də keçiriləcək qarşılaşma zamanı havanın temperaturunun təxminən yeddi dərəcə olacağı proqnozlaşdırılır. Şimaldan əsən külək səbəbindən temperaturun beş dərəcə ətrafında hiss ediləcəyi gözlənilir.

Meteoroloji proqnozlara əsasən, oyun saatlarında nisbi rütubət 88 faizə çata bilər. Küləyin sürətinin saatda təxminən 13 kilometr olacağı bildirilir. Yağıntı ehtimalı isə yeddi faiz səviyyəsində qiymətləndirilir. Hazırkı proqnozlara görə, qarşılaşma zamanı yağış və qar gözlənilmir.

Azərbaycan təmsilçisinin uyğunlaşmalı olacağı digər məqam stadionun ot örtüyüdür. “Vikinq”in ev oyunlarını keçirdiyi “Lyse Arena” süni ot örtüyünə malikdir. Bu, “Sabah” futbolçularının qarşılaşma öncəsi nəzərə almalı olduğu meydança xüsusiyyətlərindən biridir.

Bakı ilə müqayisədə Stavangerdə havanın daha soyuq olması, yüksək rütubət və stadionun süni ot örtüyü “Sabah” üçün əlavə çətinlik yarada bilər.

Qeyd edək ki, “Vikinq” - “Sabah” oyunu noyabrın 4-də Stavanger şəhərində keçiriləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑