İdman · İdman.biz

Ronaldusuz Portuqaliya millisi FIFA reytinqində beşinci yerə yüksəldi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ronaldusuz Portuqaliya millisi FIFA reytinqində beşinci yerə yüksəldi xəbəri üçün şəkil

FIFA milli komandaların yenilənmiş reytinqini dərc edib.

İdman.Biz xəbər verir ki, ilk pillədə yenə də İspaniya millisi qərarlaşıb. Sonrakı yerləri Argentina, Fransa və İngiltərə tutur. Beləliklə, reytinqin ilk dördlüyündə dəyişiklik olmayıb.

İki pillə irəliləyən Portuqaliya millisi isə beşinci sıraya yüksəlib. Komanda son matçlarını Kriştianu Ronaldunun milli komandanın düşərgəsini qalmaqallı şəkildə tərk etməsi fonunda keçirib.

Braziliya altıncı, Mərakeş isə yeddinci pilləyə enib. İlk onluqda, həmçinin Belçika, Niderland və Meksika yer alıb.

Milli komandaların FIFA reytinqinin növbəti yenilənməsi noyabrın 18-də olacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑