İdman · İdman.biz

Rüfət Abdullazadənin komandası son dəqiqələrdə məğlubiyyətdən xilas oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rüfət Abdullazadənin komandası son dəqiqələrdə məğlubiyyətdən xilas oldu xəbəri üçün şəkil

Azərbaycan millisinin futbolçusu Rüfət Abdullazadənin çıxış etdiyi “Kiryat Şmona” İsrail Premyer Liqasının doqquzuncu turunda səfərdə “Beytar”la (Qüds) heç-heçə edib - 1:1.

İdman.Biz xəbər verir ki, meydan sahibləri 42-ci dəqiqədə Adi Yonanının qolu ilə hesabı açıblar.

Qonaqlar məğlubiyyətdən matçın son saniyələrində xilas olublar. Amadu Saqna 90+7-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.

Rüfət Abdullazadə qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb. Azərbaycanlı futbolçu 71-ci dəqiqədə Niv Qabayın əvəzinə meydana daxil olub.

Bu nəticədən sonra “Kiryat Şmona” xalını dördə çatdırıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑