İdman · İdman.biz

Qvardiola “Mançester Siti”dən ayrıldıqdan sonra ilk dəfə “Etihad”a qayıdacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qvardiola “Mançester Siti”dən ayrıldıqdan sonra ilk dəfə “Etihad”a qayıdacaq xəbəri üçün şəkil

“Mançester Siti”nin sabiq baş məşqçisi Pep Qvardiola klubdan ayrıldıqdan sonra ilk dəfə “Etihad” stadionuna qayıdacaq.

İdman.Biz BBC-yə istinadən xəbər verir ki, 55 yaşlı ispaniyalı mütəxəssis gələn həftə Çempionlar Liqasında “şəhərlilər”in evdə PSJ-yə qarşı keçirəcəyi matçı izləmək niyyətindədir.

Bu, Qvardiolanın klubda 10 illik fəaliyyətini başa vuraraq ötən mövsümün sonunda “Mançester Siti”dən ayrılmasından sonra “Etihad”a ilk səfəri olacaq.

İspaniyalının səfəri “Mançester Siti”nin ehtimal olunan maliyyə pozuntuları ilə bağlı davam edən araşdırma fonunda baş tutacaq. Məlumata görə, müstəqil komissiya klubu Premyer Liqanın irəli sürdüyü ittihamların əksəriyyətində təqsirli bilib. Lakin “şəhərlilər” iddiaları rədd edir və apellyasiya şikayəti veriblər.

Hökm elan olunduqdan sonra Qvardiola keçmiş klubunun sahiblərini və rəhbərliyini açıq şəkildə dəstəkləyib.

“Mançester Siti”nin sükanı arxasında keçirdiyi 10 il ərzində ispaniyalı mütəxəssis komandaya altı dəfə, o cümlədən ardıcıl dörd dəfə İngiltərə çempionluğunu, həmçinin Çempionlar Liqasını, üç İngiltərə Kubokunu və beş Liqa Kubokunu qazandırıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑