Kişi voleybolçular arasında Azərbaycan Super Liqasının üçüncü turunda “Ordu” “AZERRAIL”lə qarşılaşıb.
İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən görüş “Ordu”nun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmanın setləri 25:19, 25:18 və 26:24 hesabları ilə yekunlaşıb.
Qeyd edək ki, “AZERRAIL” üç xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Altı xala malik “Ordu” isə liderdir.
11:05
Kişi voleybolçular arasında Azərbaycan Super Liqasının üçüncü turunda bu gün bir qarşılaşma baş tutacaq.
İdman.Biz xəbər verir ki, “AZERRAIL” “Ordu” ilə üz-üzə gələcək.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək görüş saat 16:00-da başlayacaq.
Qeyd edək ki, “AZERRAIL” üç xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Altı xala malik “Ordu” isə liderdir.



