İdman · İdman.biz

“Sabah”la oyunda het-trik edən futbolçu “Real Madrid”i seçdi - “Mançester Yunayted” onu saxlaya bilmir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Sabah”la oyunda het-trik edən futbolçu “Real Madrid”i seçdi - “Mançester Yunayted” onu saxlaya bilmir xəbəri üçün şəkil

“Mançester Yunayted”in 16 yaşlı istedadlı hücumçusu Cey-Cey Qabriel karyerasını “Real Madrid”də davam etdirməyə yaxındır.

İdman.Biz “The Athletic”ə istinadən xəbər verir ki, gənc futbolçu PSJ, “Barselona” və “Bavariya”nın marağına baxmayaraq, Madrid klubunu seçib.

“Mançester Yunayted” Qabrieli komandada saxlamağa çalışsa da, futbolçunu qərarından döndərə bilməyib. Onun qış transfer pəncərəsində “Real Madrid”ə keçəcəyi və FIFA qaydalarına uyğun olaraq uzunmüddətli müqavilə imzalayacağı gözlənilir.

Qabrielin mümkün ayrılığı “Mançester Yunayted”in akademiyası üçün ciddi itki hesab olunur.

Qeyd edək ki, gənc hücumçu Azərbaycan futbolsevərlərinə də tanışdır. O, UEFA Gənclər Liqasında “Sabah”a qarşı keçirilən və İngiltərə təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatan görüşdə het-trik edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑