İdman · Futbolpress.az

“Kəpəz” mühüm sərgiyə qatılır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Kəpəz” mühüm sərgiyə qatılır xəbəri üçün şəkil

“Kəpəz” regionun biznes və idman həyatında fəal iştirakını davam etdirir.

Futbolpress.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi mətbuat xidməti məlumat yayıb. Klub şəhərdə ilk dəfə təşkil olunacaq “Regional Expo Gəncə 2026” sərgisinə qatılacaq. Noyabrın 20-21-də Gəncə İdman Sarayında baş tutacaq bu nüfuzlu tədbir regionlarda biznes ekosisteminin inkişafına dəstək vermək məqsədini daşıyır.

Sərgi çərçivəsində sahibkarlar, dövlət strukturları, investorlar, yerli və beynəlxalq şirkətlərlə yanaşı startaplar da bir araya gələcək. “Kəpəz” kltədbir müddətində iştirakçılara xüsusi reklam imkanları və real əməkdaşlıq təklifləri təqdim edəcək.

Ümumilikdə 15 minə yaxın ziyarətçinin gözlənildiyi sərgidə B2B və B2G formatlı görüşlər, məhsul təqdimatları, panel sessiyalar və investisiya imkanlarının müzakirəsi nəzərdə tutulub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑