İdman · İdman.biz

Azərbaycan millisinin baş məşqçisi: “Dünya çempionatında daha yüksək nəticə qazana bilərik”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan millisinin baş məşqçisi: “Dünya çempionatında daha yüksək nəticə qazana bilərik” xəbəri üçün şəkil

Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə dünya çempionatında Azərbaycan millisinin əsas ümidləri döyüş açılışı növünə bağlıdır.

İdman.Biz xəbər verir ki, bunu kişilərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Orxan Mustafayev jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssisin sözlərinə görə, komanda təxminən bir ildir dünya çempionatına hazırlaşır və bu müddətdə təlim-məşq toplanışlarında iştirak edib.

“Ölkəmiz ilk dəfə bu yarışa ev sahibliyi edir. Bu, idmançılarımız üçün böyük təcrübədir. Ev sahibi olduğumuz üçün üzərimizə ciddi məsuliyyət düşür. Komandamız yarışa yüksək əhvali-ruhiyyə ilə hazırlaşıb və idmançılarımızdan uğurlu nəticələr gözləyirik”.

Baş məşqçi yığmanın daha çox ümid bəslədiyi yarış növündən də danışıb:

“Bu idman növü dörd yarış növündən ibarətdir. Əsas ümidimiz çempionatın dördüncü günü keçiriləcək döyüş açılışı növünədir. Bu istiqamətdə xüsusi hazırlıq keçmişik. Çinin Harbin şəhərində keçirilən dünya çempionatında həmin növdə üçüncü yeri tutmuşduq. İnanırıq ki, Bakıda bu nəticəni təkrarlaya, hətta daha yüksək nailiyyət əldə edə bilərik”.

Qeyd edək ki, Bakıda yanğın və xilasetmə idmanı üzrə kişilər arasında 21-ci, qadınlar arasında isə 12-ci dünya çempionatı keçirilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑