İdman · Futbolpress.az

“Sabah”a 3 qol vuran futbolçu İspaniya yolunda

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Sabah”a 3 qol vuran futbolçu İspaniya yolunda xəbəri üçün şəkil

“Mançester Yunayted”in akademiyasının parlaq gənclərindən olan Cey-Cey Qabriel karyerasını İspaniyada davam etdirməyə çox yaxındır.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

PSJ, “Barselona” və “Bavariya”nın rəqabətinə rəğmən, 16 yaşlı hücumçu seçimi “Real”ın (Madrid) üzərində dayandırıb. İngiltərə təmsilçisi gənc istedadı klubda saxlamaq üçün səy göstərsə də, nəticə əldə edə bilməyib.

Qış transfer pəncərəsində baş tutacağı gözlənilən keçid FIFA-nın reqlamentinə əsasən uzunmüddətli müqavilə ilə rəsmiləşəcək. Bu transfer “Mançester Yunayted” sistemi üçün böyük itki kimi qiymətləndirilir.

Xatırladaq ki, Azərbaycan futboluna tanış olan Qabriel UEFA Gənclər Liqasında “Sabah”la qarşılaşmada het-trik edərək diqqətləri üzərinə çəkmişdi.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑