İdman · Futbolpress.az

Mareska ulduz hücumçunun rolundan danışdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mareska ulduz hücumçunun rolundan danışdı xəbəri üçün şəkil

“Mançester Siti”nin baş məşqçisi Entso Mareska UEFA Çempionlar Liqasının ümumi mərhələsinin IV turunda “Leyptsiq”lə keçiriləcək matç öncəsi komandanın ulduz hücumçusu Erlinq Haalandın rolundan və qrafikindən danışıb.

Futbolpress.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə açıqlama verən mütəxəssis hər qarşılaşmada şans yaratmağın vacibliyini vurğulayıb:

“Çox vacibdir ki, hər oyunda imkanlar yaradaq. Əlbəttə, Erlinqin meydanda olması əladır. O, qol vuracaq və ya buna çox yaxın olacaq. Amma biz hər matçda yalnız Erlinqə güvənə bilmərik. Qol vurmağa davam etmək üçün hər kəsin istirahətə ehtiyacı var. Ancaq “Brayton”la qarşılaşma qol vurmadığımız yeganə matç idi. Əgər Erlinq meydandadırsa, biz bundan məmnunuq”.

Xatırladaq ki, “Leyptsiq” – “Mançester Siti” qarşılaşması noyabrın 4-də Almaniyada, “Red Bull Arena”da baş tutacaq və matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑