İdman · Ölkə.az

Baş məşqçi: Dünya çempionatı idmançılarımıza təcrübə qazandırır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Baş məşqçi: Dünya çempionatı idmançılarımıza təcrübə qazandırır xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbayacan yığma komandasının baş məşqçisi Orxan Mustafayev Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının açılış mərasimi zamanı bildirib.

O deyib ki, kişilərdən ibarət yığma komanda bir ilə yaxındır təlim-məşq toplanışlarında iştirak edir:

"Ölkəmiz ilk dəfədir bu yarışa rəhbərlik edir. Bu bizim idmançılarımız üçün çox böyük təcrübədir. Komandamız ruh yüksəkliyi ilə bu yarışa hazırlaşıb. İdmançılarımızdan yüksək nailiyyətlər gözləyirik. Təşkilatçı ölkə olduğumuz üçün üzərimizə böyük məsuliyyət düşür.

Bu idman 4 növdən ibarətdir. Bu gün artıq yarışlar başlayıb. Ümumiyyətlə, dünya çempionatlarında və beynəlxalq turnirlərdə komandamız çox iştirak edib. Çinin Harbin şəhərində keçirilən dünya çempionatında döyüş açılışı növü üzrə komandamız üçüncü yerə çıxıb. Ümidimiz var ki, həmin nəticə və ondan da yüksək nəticə ölkəmizdə, paytaxtımızda baş tutacaq".

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑