İdman · Offsideplus.az

Real Madrid rəhbərliyi La Liqa prezidentini tənqid edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Real Madrid rəhbərliyi La Liqa prezidentini tənqid edib xəbəri üçün şəkil
"Real Madrid" rəhbərliyi La Liqa prezidentini tənqid edib

"Real Madrid" klub televiziyası bu həftə oyunların təqvimi ilə bağlı La Liqa prezidenti Xavyer Tebası sərt tənqid edib.

Offsideplus.az xəbər verir ki, bu gün "Real Madrid" səfərdə AEK-lə Çempionlar Liqasının 4-cü turunda qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Şənbə günü isə Madrid təmsilçisi İspaniya çempionatında səfərdə "Valensiya" ilə üz-üzə gələcək.

"Çempionlar Liqasında bu günkü oyundan sonra şənbə günü meydana çıxmaq tamamilə mənasızdır. Bu təqvim Tebasın sayəsində belə qurulub – o, bizimlə elə davranır ki, sanki Litvadan olan bir komandayıq. Mourinyo bütün oyunçulara güvənir, buna görə də Güləri və Tçuamenini heyətə daxil etməyib. Qələbə qazanacağımız halda məqsədimizə çatmaq üçün yarı yolda olacağıq. Yunanıstanda atmosfer asan olmayacaq. Bir çoxlarını narahat etsə də, "Real Madrid" günü-gündən daha yaxşı çıxış edir və komanda tədricən inkişaf edir", – klub televiziyasında bildirilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑