İdman · Offsideplus.az

Milan 2028-ci ildən yenidən Adidas forması geyinəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Milan 2028-ci ildən yenidən Adidas forması geyinəcək xəbəri üçün şəkil
"Milan" 2028-ci ildən yenidən Adidas forması geyinəcək

"Milan" 2028-ci ilin yayından etibarən yenidən Adidas şirkətinin texniki dəstəyi ilə çıxış edəcək.

Offsideplus.az xəbər verir ki, İtaliya klubu alman brendi ilə 10 mövsümlük müqavilə imzalayacaq. "La Gazzetta dello Sport"un məlumatına görə, ümumi məbləğ 500 milyon avro təşkil edəcək və hər mövsüm üçün 50 milyon avro ödəniləcək.

2018-ci ildən bəri "Milan" Puma şirkətinin formasında çıxış edib. Əvvəlcə bu müqavilə kluba mövsümə görə 14 milyon avro qazandırıb. 2022-ci ildə müqavilə yenilənib və məbləğ 30 milyon avroya yüksəlib.

Adidas daha əvvəl də "Milan"ın texniki sponsoru olub. 1998-2018-ci illər arasında bu əməkdaşlıq çərçivəsində "rossoneri" 2003 və 2007-ci illərdə Çempionlar Liqasının qalibi adını qazanıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑