İdman · Apasport.az

“Sabah” və “Qarabağ”ın gəncləri darmadağın oldular

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Sabah” və “Qarabağ”ın gəncləri darmadağın oldular xəbəri üçün şəkil

Azərbaycanın “Sabah” və “Qarabağ” klublarının U-19 komandaları UEFA Gənclər Liqasında növbəti oyunlarını keçiriblər.

Apasport.az xəbər verir ki, hər iki təmsilçimiz səfərdə böyükhesablı məğlubiyyətə uğrayıb.

“Sabah” liqa mərhələsinin IV turunda Norveçin “Vikinq” klubuna 0:5 hesabı ilə uduzub. Adino Mustedanaqiçin rəhbərlik etdiyi kollektiv bununla da turnirdə ardıcıl dördüncü məğlubiyyətini alıb. Paytaxt təmsilçisi əvvəlki üç görüşdə də qol vura bilməmişdi.

“Qarabağ” isə Çempionlar Yolunun II təsnifat mərhələsinin cavab oyununda Xorvatiyanın “Dinamo Zaqreb” klubuna 0:7 hesabı ilə məğlub olub. Bakıda keçirilən ilk qarşılaşmada da 1:2 hesabı ilə uduzan Rəşad Sadıqovun komandası turnirlə vidalaşıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑