“Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti oyununa çıxıb.
Globalinfo.az xəbər verir ki, Bakı təmsilçisi IV tur çərçivəsində səfərdə Norveçin “Vikinq” klubu ilə üz-üzə gəlib.
“Sandnes Ulf Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Sabah”ın U-19 komandası növbəti matçını noyabrın 25-də “Barselona”ya qarşı keçirəcək.
Komanda turnirin əvvəlki oyunlarında da məğlub olub. Təmsilçimiz Dortmund “Borussiya”sına 0:2, Çexiyanın “Slaviya”sına 0:3, İngiltərənin “Mançester Yunayted”inə isə 0:5 hesabı ilə uduzub.




