İdman · İdman.biz

Famil Xəlilov: “Futbolçularımızın təcrübəsi ağır atmosferin öhdəsindən gəlməyə kifayət etmədi”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Famil Xəlilov: “Futbolçularımızın təcrübəsi ağır atmosferin öhdəsindən gəlməyə kifayət etmədi” xəbəri üçün şəkil

Azərbaycanın U-15 millisinin baş məşqçisi Famil Xəlilov Bakıda keçirilən FIFA dünya çempionatı və festivalında Cəbəllütariq üzərində 5:1 hesablı qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis C Divizionunda keçirilən qarşılaşmadan sonra futbolçularının əvvəlki məğlubiyyətin təsirindən çıxmağı bacardıqlarını bildirib.

“Komandamız layiqli qələbə qazandı. Çiliyə qarşı ağır məğlubiyyət aldıq. Futbolçuların psixoloji durumu yaxşı deyildi. Buna baxmayaraq, Cəbəllütariqlə oyunun öhdəsindən gələ bildilər. Növbəti qarşılaşmaya yaxşı hazırlaşdıq və qalib gəldik”, - deyə Xəlilov vurğulayıb.

Baş məşqçi komandasının finala yüksəlmək imkanını əldən verməsinə də toxunub:

“İstəyirdik ki, səhər keçirilən oyunda da qalib gələk və finalda iştirak edək. Təəssüf ki, alınmadı. Düşünürəm ki, futbolçuların təcrübəsi belə ağır atmosferin öhdəsindən gəlmək üçün kifayət etmədi. Ümid edirəm ki, növbəti oyunlarda qələbələr qazanaraq təcrübələrini artıracaqlar”.

Qeyd edək ki, Azərbaycan millisi AF qrupunu doqquz xalla üçüncü pillədə başa vuraraq C Divizionuna yüksəlib. Komanda bu mərhələdə əvvəlcə Çiliyə 1:3 hesabı ilə məğlub olub, daha sonra Cəbəllütariqi 5:1 hesabı ilə üstələyib.

Yığmamız qrup mərhələsində Timor-Leste (6:0), Andorra (1:0) və İsrailə (3:1) qalib gəlib, Avstraliya (1:3) və Haitiyə (0:4) uduzub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑