İdman · Apasport.az

Ronaldo Messini geridə qoydu – TARİXƏ DÜŞDÜ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ronaldo Messini geridə qoydu – TARİXƏ DÜŞDÜ xəbəri üçün şəkil

Kriştiano Ronaldonun 2008-ci ildə “Qızıl top” qazandığı mövsüm azarkeşlərin səsverməsində tarixin ən yaxşısı seçilib.

Apasport.az xəbər verir ki, portuqaliyalı ulduz B.O.A.T. mükafatına layiq görülüb.

“Qızıl top”un 70 illiyi münasibətilə yaradılan B.O.A.T. (“Ballon d’Or Of All Time”) layihəsi çərçivəsində azarkeşlər mükafatı qazanan futbolçuların ən uğurlu mövsümünü seçiblər. Səsvermədə “Qızıl top”u ən azı iki dəfə qazanan futbolçular iştirak ediblər.

Namizədlər arasında Lionel Messi (8 dəfə), Yohan Kroyff, Mişel Platini və Marko van Basten (hər biri 3 dəfə), Alfredo Di Stefano, Frans Bekkenbauer, Kevin Kiqan, Karl-Haynts Rummenigge və Ronaldo (hər biri 2 dəfə) yer alıblar.

Qeyd edək ki, B.O.A.T. layihəsi rəsmi “Qızıl top” mükafatından ayrıdır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑