İdman · İdman.biz

Kriştianu Ronaldu bütün dövrlərin ən yaxşı “Qızıl top”unun sahibi seçildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kriştianu Ronaldu bütün dövrlərin ən yaxşı “Qızıl top”unun sahibi seçildi xəbəri üçün şəkil

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu “Bütün dövrlərin Qızıl topu” (Ballon d'Or of All Time) adlı xüsusi səsvermənin qalibi olub.

İdman.Biz xəbər verir ki, “Qızıl top”un təşkilatçılarının keçirdiyi azarkeş səsverməsində portuqaliyalı futbolçunun 2008-ci ildə qazandığı mükafat ən yaxşı seçilib.

Həmin il “Mançester Yunayted”də çıxış edən Ronaldu “Barselona”nın hücumçusu Lionel Messi və “Liverpul”un futbolçusu Fernando Torresi qabaqlayaraq karyerasında ilk dəfə “Qızıl top”a sahib çıxmışdı.

Xüsusi səsvermədə yalnız bu mükafatı ən azı iki dəfə qazanmış futbolçular iştirak ediblər. Namizədlər arasında səkkizqat qalib Lionel Messi, beşqat qalib Kriştianu Ronaldu, üçqat qaliblər Yohan Kroyf, Mişel Platini və Marko van Basten, həmçinin hərəyə iki dəfə mükafat qazanmış Alfredo Di Stefano, Frans Bekkenbauer, Kevin Kiqan, Karl-Haynts Rummenigge və braziliyalı Ronaldo yer alıblar.

Təşkilatçıların müəyyənləşdirdiyi əsas meyar futbolçuların qazandıqları “Qızıl top”ların ümumi sayı deyil, mükafata layiq görüldükləri konkret mövsümdə nümayiş etdirdikləri performans olub.

Qalib dünya üzrə azarkeşlərin ödənişli onlayn səsverməsi ilə müəyyənləşdirilib. Hər səsin qiyməti bir avro təşkil edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑