İdman · Futbolpress.az

Bakı təmsilçisi ilk qələbəsini qazandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakı təmsilçisi ilk qələbəsini qazandı xəbəri üçün şəkil

Azərbaycanın “LANDAU Lions” basketbol klubu FIBA Avropa Kubokunda ilk qələbəsini qazanıb.

Futbolpress.az xəbər verir ki, G qrupunun IV turu çərçivəsində Bakı İdman Sarayında Türkiyənin “Denizli Basket” kollektivini qəbul edən təmsilçimiz gərgin mübarizəyə səhnə olan matçı 94:86 hesablı üstünlüklə başa vurub.

Erhan Tokerin baş məşqçisi olduğu bakılılar bu nəticə ilə turnirdəki uğursuzluq zəncirini qırmağı bacarıblar.

“LANDAU Lions” qrupdakı ilk üç qarşılaşmasında Danimarkanın “Bakken Birs” (88:91), İsveçrənin “Lions de Geneve” (83:105) və Slovakiyanın “Prievidza” (84:108) klublarına məğlub olmuşdu.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑