İdman · İdman.biz

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: “Ultramarafon mənim üçün böyük təcrübə olacaq”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: “Ultramarafon mənim üçün böyük təcrübə olacaq” xəbəri üçün şəkil

“Ultramarafon bu gün Qəbələdən start götürdü. Buradan düz Xankəndiyə qədər davam edəcək”.

Bu sözləri Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadın alpinist Vəfa Musayeva üçüncü Beynəlxalq Xankəndi Ultramarafonu barədə danışarkən deyib.

“İlk dəfədir bu marafonda iştirak edirəm. Düzünü desəm, həyəcanlıyam. 192 kilometr az məsafə deyil. Mənim üçün böyük təcrübədir. Eyni zamanda, yarış boyu müxtəlif ərazilərdən keçmək də ayrıca bir macəra olacaq. Hamıya uğurlar arzulayıram”, - deyə yarış iştirakçısı AZƏRTAC-a açıqlamasında qeyd edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑