İdman · İdman.biz

Elgün Hüseynovdan 12:0 məğlubiyyətinə REAKSİYA: “Şəki bizə necə sahib çıxırsa, biz də onu elə təmsil edirik”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Elgün Hüseynovdan 12:0 məğlubiyyətinə REAKSİYA: “Şəki bizə necə sahib çıxırsa, biz də onu elə təmsil edirik” xəbəri üçün şəkil

“Şəki” futbol komandasının rəhbəri Elgün Hüseynov komandanın hazırkı durumu ilə bağlı növbəti dəfə ictimaiyyətə müraciət edib.

İdman.Biz xəbər verir ki, funksioner Azərbaycan Kubokunun birinci təsnifat mərhələsində “Qaradağ Lökbatan”a 0:12 hesabı ilə uduzduqları oyundan sonra paylaşım edib.

E.Hüseynov komandanın hazırkı vəziyyətinə görə futbolçulara minnətdar olduğunu bildirib:

“Rəqibə 0:12 hesabı ilə uduzduq. Oyunçularıma təşəkkür edirəm. Komandanın bu vəziyyətində meydana çıxdıqlarına görə. Vəziyyəti bir həftə əvvəl açıqlamışdıq. Oyuna çıxmaq çətinliklə başa gəlir. Gənclərlə oynadıq, onlara şans verdik. Ardıcıl məğlubiyyətlərimizin səbəbi öz stadionumuzun olmamasıdır. Komanda məşq edə bilmir. Şəki camaatı bizə necə diqqət göstərirsə, biz də Şəkini o cür təmsil edirik”.

O, daha əvvəl etdiyi dəstək çağırışını da xatırladıb:

“Şəki” komandasını xilas etmək üçün ünvanladığım dəstək çağırışına 20-yə yaxın insan qoşuldu və 1000 manata yaxın vəsait toplandı. Stadionsuzluq, bütün oyunlarda səfərə getmək, nəqliyyat, qida, əməkhaqqı və digər məsələlər komandaya bir ayda 14 min manata başa gəlir. Bir adam üçün çox böyük rəqəmdir. Amma Şəki üçün cüzi rəqəmdir”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑