Azərbaycan cüdo millisinin üzvü İbrahim Talıbov Seneqalda keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında (Dakar-2026) bu gün mübarizəyə başlayacaq.
İdman.Biz xəbər verir ki, 55 kq çəki dərəcəsində çıxış edən Talıbov ilk görüşünü Mərkəzi Afrika Respublikasından İbrahim Mussa ilə Əfqanıstan təmsilçisi Cahan Zib Tarin arasındakı qarşılaşmanın qalibi ilə keçirəcək.
Yarış gününün təsnifat görüşləri Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Medalların sahibləri isə 20:00-da start götürəcək final blokunda müəyyənləşəcək.
Qeyd edək ki, 31 oktyabrda başlayan Dakar-2026 13 noyabradək davam edəcək. Oyunlarda Azərbaycanı səkkiz idman növündə 13 idmançı təmsil edir.



