İdman · İdman.biz

Anna Yusubova: “Qələbə qaçışını Bakı marafonundan daha çox sevirəm” - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Anna Yusubova: “Qələbə qaçışını Bakı marafonundan daha çox sevirəm” - VİDEO xəbəri üçün şəkil

Bakıda keçirilən “Qələbə qaçışı”nda qadınlar arasında birinci yeri tutan Anna Yusubova yarışla bağlı təəssüratlarını bölüşüb.

İdman.Biz xəbər verir ki, qalib idmançı bu yarışın onun üçün Bakı marafonundan daha maraqlı olduğunu deyib.

“Birinci yeri tutduğum üçün çox sevinirəm. Bu, çox gözəl yarışdır. Hər il burada iştirak etməyə çalışıram. Çünki bu yarışın xalqımız üçün böyük əhəmiyyət daşıdığını düşünürəm. Hətta Bakı marafonundan daha çox bu yarışda iştirak etməyi sevirəm. Yolboyu insanların bizə göstərdiyi dəstək çox ruhlandırıcı idi. Hər şey çox xoşuma gəldi”, - deyə Yusubova bildirib.

İdmançı 2023-cü il istisna olmaqla, yarışın bütün buraxılışlarında iştirak etdiyini və hər dəfə qalib gəldiyini vurğulayıb:

“Bu yarışda hər il iştirak etmişəm, yalnız 2023-cü ildə qatılmamışam. İştirak etdiyim bütün yarışlarda birinci yeri tutmuşam. İldən-ilə insanların belə tədbirlərə marağının artdığını görürəm. Daha çox insanın yarışlara qoşulması çox sevindirici haldır”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑