İdman · Bizim.Media

Fərid Qayıbov “Qələbə qaçışı”nın əhəmiyyətindən danışdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fərid Qayıbov “Qələbə qaçışı”nın əhəmiyyətindən danışdı xəbəri üçün şəkil

Bir neçə gündən sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı möhtəşəm Zəfəri hamımız qeyd edəcəyik. Bu qələbəyə həsr olunmuş ənənəvi “Qələbə qaçışı”nı artıq altıncı dəfədir təşkil edirik. Havanın yaxşı olması, iştirakçıların əhvali-ruhiyyəsinin yüksəkliyi sevindiricidir.

Bizim.Media xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 6-cı ildönümünə həsr olunmuş “Qələbə qaçışı” ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, iştirakçıların sayı ildən-ilə artır:
 

“Sevindirici haldır ki, qadın iştirakçıların da sayı çoxalır. Bu dəfə 2000-dən artıq iştirakçımız var. İl ərzində müxtəlif məsafələrə, o cümlədən 3 və 5 kilometrə qaçış yarışları təşkil olunur. Ölkəmizdə hər il yarımarafon da keçirilir. Artıq bu il yarımarafon tam marafona çevrilib. Belə yarışlar iştirakçılar üçün daha böyük yarışlara hazırlaşmaq baxımından yaxşı stimul yaradır. Hər bir iştirakçını, finişə çatan idmançıları təbrik edirəm”.


Qeyd edək ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən hər il keçirilir.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑