İdman · Ədalət

El-Klasiko zamanı evi qarət edildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
El-Klasiko zamanı evi qarət edildi xəbəri üçün şəkil

"Real”ın müdafiəçisi Eder Militaonun evinə oğrular girib.

Adalet.az xəbər verir ki, bu barədə “El Mundo” nəşri məlumat yayıb.

Hadisə İspaniya La Liqasının 10-cu turunda keçirilən “Real” – “Barselona” matçı (2:1) zamanı baş verib.

Oğrular futbolçunun La Moraleha adlı elit yaşayış massivində yerləşən evinə üçüncü mərtəbədəki vanna otağının pəncərəsindən daxil olublar. Onlar ümumilikdə 350 min avrodan çox dəyəri olan saat və zinət əşyalarını oğurlayıblar. Həmin vaxt Militaonun ailə üzvləri evin birinci mərtəbəsində oyunu izləyirmişlər.

Futbolçu evə qayıtdıqdan sonra qiymətli əşyaların itdiyini aşkar edib. Hadisə yerinə polis əməkdaşları və yaşayış kompleksinin özəl mühafizə xidmətinin nümayəndələri gəliblər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑