İdman · APA

“Qalatasaray” klubunun vitse-prezidenti istefa verib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Qalatasaray” klubunun vitse-prezidenti istefa verib xəbəri üçün şəkil

“Qalatasaray” klubunun vitse-prezidenti istefa verib

“Qalatasaray” klubunun vitse-prezidenti Metin Öztürk vəzifəsindən istefa verib.

Apasport.az xəbər verir ki, klub rəsmisi bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Öztürk oktyabrın 27-də keçirilən klubun İdarə Heyətinin iclasında fiziki hücuma məruz qaldığını və mərhum anasının təhqir edildiyini bildirib.

O, baş verən hadisələrə görə istefa qərarı verdiyini açıqlayıb:

“Oktyabrın 27-də keçirilən İdarə Heyətinin iclasında fiziki hücuma və mərhum anama qarşı təhqirə çevrilən hərəkətləri qəbul etməyə nə "Qalatasaray" tərbiyəm, nə də valideynlərimdən aldığım tərbiyə imkan verir”.

Metin Öztürk bu gündən etibarən “Qalatasaray”ın İdarə Heyətindən və kluba bağlı şirkətlərdə tutduğu bütün rəhbər vəzifələrindən ayrıldığını bəyan edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑