İdman · Bizim.Media

Dünya çempionatı: Turan Bayramov təsəlliverici görüşdə qələbə qazandı - Foto

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dünya çempionatı: Turan Bayramov təsəlliverici görüşdə qələbə qazandı - Foto xəbəri üçün şəkil

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatının təsəlliverici görüşündə qələbə qazanıb.
 
Bizim.Media xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Kosovo güləşçisi Eqzon Xoniyə qalib gələrək bürünc medal uğrunda mübarizəni davam etdirir.
 

Turan Bayramovun növbəti rəqibi Tacikistan təmsilçisi Viktor Rassadin olacaq. Azərbaycan güləşçisi bu qarşılaşmada da qələbə qazanacağı təqdirdə, bürünc medal uğrunda yaponiyalı Yoşinosuke Aoyagi ilə üz-üzə gələcək.


 Qeyd edək ki, oktyabrın 24-də başlayan dünya çempionatı noyabrın 1-də başa çatacaq.


Bizim.Media 
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑