“Qalatasaray”ın vitse-prezidenti Metin Öztürk vəzifəsindən istefa verib.
Globalinfo.az xəbər verir ki, buna səbəb oktyabrın 27-də klubun İdarə Heyətinin iclasında baş verən insident olub.
Öztürkün sözlərinə görə, həmin iclas zamanı ona fiziki hücum edilib, mərhum anası təhqir olunub.
O, belə davranışları qəbul edə bilməyəcəyini bildirib.
Qeyd edək ki, Metin Öztürk bu hadisədən sonra klubun İdarə Heyətindən və “Qalatasaray”a bağlı şirkətlərdəki bütün rəhbər vəzifələrindən ayrılmaq qərarı verib.
Əliyar Xəlil
Globalinfo.az


.webp)

