Misli Premyer Liqasında X tur davam edir.
Apasport.az xəbər verir ki, ikinci oyun gününə Gəncədə yekun vurulacaq.
"Kəpəz" "İmişli"ni qəbul edəcək. Görüş saat 17:30-da start götürəcək.
"Kəpəz" qələbə qazanarsa, turnir cədvəlinin 5-ci pilləsinə yüksələcək. Komanda "Zirə"ni geridə qoyacaq və avrokubok mübarizəsinə daxil olacaq.
"İmişli" isə növbəti 3 xalı aktivinə yazdıraraq autsayderlərdən uzaqlaşmaq niyyətindədir.
Misli Premyer Liqası
X tur
1 noyabr
17:30. "Kəpəz" – "İmişli"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Gəncə şəhər stadionu


