İdman · Offsideplus.az

“Sabah”, “Qarabağ”, “Neftçi” - 3 namizəd, 3 fərq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Sabah”, “Qarabağ”, “Neftçi” - 3 namizəd, 3 fərq xəbəri üçün şəkil
“Sabah”, “Qarabağ”, “Neftçi” - 3 namizəd, 3 fərq

Misli Premyer Liqasında 10-cu turun oyunları davam edir. İlk iki oyun günündə iki gözlənilməz nəticə qeydə alınıb.

Tura lider başlayan "Sabah" çempionatda ilk məğlubiyyətini yaşayıb. "Neftçi" və "Qarabağ"la heç-heçələrdən sonra çempionluq yarışında iddialı olan "Turan Tovuz"a uduzublar. Bu tura qədər cəmi 1 qol buraxan "bayquşlar" Qərb səfərində qapısında 3 qol görərək 2:3 hesabı ilə məğlub olublar. Maraqlısı budur ki, Tovuz təmsilçisi cari tura qədər cəmi 8 qol vurmuşdu.

"Qarabağ" da dünən "Qəbələ" tilsimini qıra bilməyib. Qarşılaşmada real qol vəziyyətləri yaşanmayıb və matç qolsuz bərabərliklə başa çatıb. Beləliklə, Ağdam təmsilçisi mövsümdə 4-cü dəfə xal itirib.

Bu nəticələr çempionluq mübarizəsinin gərgin keçəcəyindən xəbər verir. Özü də bu dəfə titul uğrunda 3 komanda yarışır. "Neftçi" bu gün Şamaxı səfərinə yollanır. Bu oyunun nəticəsindən asılı olmayaraq, çempionluq yarışında həyəcan pik həddədir.

"Sabah" ən az xal itirən, "Qarabağ" hələ də məğlubiyyət üzü görməyən, "Neftçi" isə ən çox qol vuran komanda kimi diqqət çəkir. Bir sözlə, çempionatda indiyədək görünməmiş səviyyədə amansız çempionluq mübarizəsinin şahidi olacağıq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑