İdman · AZƏRTAC

“Qələbə qaçışı”nın qalibi: Bu tədbir bizim üçün xüsusi məna daşıyır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Qələbə qaçışı”nın qalibi: Bu tədbir bizim üçün xüsusi məna daşıyır xəbəri üçün şəkil

Bakı, 1 noyabr,

Artıq ikinci dəfədir ki, bu yarışda iştirak edirəm və qalib oluram. Yarış yaxşı keçdi, əla idi. Bu, bizim üçün xüsusi yarışdır. Şadam ki, qalib oldum. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Şəhidlərimizin ruhu qarşısında baş əyirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 6-cı ildönümünə həsr olunmuş “Qələbə qaçışı”nda kişilər arasında birinci yeri tutan Bəxtiyar Əsgərli deyib.

Azərbaycan Atletika Federasiyasının milli komandasının üzvü olan idmançı yarışın onun üçün xüsusi məna daşıdığını bildirib: “Bu, qalib ölkənin yarışıdır və bizim üçün xüsusi məna daşıyır. Biz qalibik və bu, bizim üçün böyük yarışdır”.

B.Əsgərli məsafənin ən çətin hissəsinin küləyə qarşı qaçmaq olduğunu vurğulayıb: “Yarış zamanı, xüsusilə geri qayıdarkən külək çətinlik yaratdı. Digər məqamlar isə yaxşı idi”.

Qeyd edək ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən hər il keçirilir.

Fotoqraf - Səfiyar Məcnun
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑