İdman · AZƏRTAC

Anna Yusubova: “Qələbə qaçışı” xalqımızın ruhunu yüksəldir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Anna Yusubova: “Qələbə qaçışı” xalqımızın ruhunu yüksəldir xəbəri üçün şəkil

Bakı, 1 noyabr,

Çox gözəl yarışdır. Mən “Qələbə qaçışı”nı çox sevirəm və hər il iştirak etməyə çalışıram. Çünki bu yarış xalqımızın ruhunu yüksəldir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 6-cı ildönümünə həsr olunmuş “Qələbə qaçışı”nda qadınlar arasında birinci yeri tutan Anna Yusubova deyib.

O, bu tədbirin çox önəmli olduğunu söyləyib: “Bu il yarış xüsusilə möhtəşəm keçdi. Marşrut boyunca yaradılan dəstək zonaları və insanların idmançılara dəstəyi məni çox ruhlandırdı. Bu, çox xoşuma gəldi”.

A.Yusubova qeyd edib ki, 2023-cü il istisna olmaqla, yarışın keçirildiyi bütün illərdə iştirak edib və hər dəfə birinci yeri tutub.

O, iştirakçı sayının artmasını da müsbət qiymətləndirib: “İldən-ilə insanların belə yarışlara marağının artdığını və daha çox iştirak etdiklərini görürəm. Bu, çox yaxşı haldır”.

Qeyd edək ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən hər il keçirilir.

Fotoqraf - Səfiyar Məcnun

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑