İdman · Offsideplus.az

Mihael Ballakdan Bayern Münhen rəhbərliyinə cavab

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mihael Ballakdan Bayern Münhen rəhbərliyinə cavab xəbəri üçün şəkil
Mihael Ballakdan "Bayern Münhen" rəhbərliyinə cavab

"Bayern Münhen"in 18 yaşlı futbolçusu Lennart Karlın agenti Mihael Ballak gənc oyunçunun ünvanına səslənən tənqidlərə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, o, Karlın sosial şəbəkələrdəki aktivliyinin onun idman inkişafı ilə qarışdırılmasının yanlış olduğunu diqqətə çatdırıb. O, Uli Henessin bu cür ictimai çıxışları tənqid etməkdə haqlı olduğunu, lakin bu addımın Lennartı ictimaiyyətin tənqid hədəfinə çevirdiyini qeyd edib.

Təcrübəli mütəxəssis "Bayern Münhen"in idman direktoru Maks Eberlinin Karlın çətin dövr keçirməsi və ardıcıl səhvlərə yol verməsi haqqında fikirlərini də başa düşmədiyini vurğulayıb. Agent gənc futbolçunun oyununda yüksəliş olduğunu və bu cür açıqlamaların yersiz suallar doğurduğunu bildirib.

Qeyd edək ki, L. Karl bu mövsüm keçirdiyi 12 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑